Almaniyada çadraya qarşı yeni QANUN LAYİHƏSİ
Bizi izləyin

Dünya

Almaniyada çadraya qarşı yeni QANUN LAYİHƏSİ

Bundestaq bu qanun layihəsini dəstəkləyib.

Bundestaq Almaniyada qadınların ictimai yerlərdə üzünü tamamilə örtən geyimdə gəzməsini qismən qadağa qoyan qanun layihəsini dəstəkləyib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qadağa dövlət qulluqçuları, hakim və hərbçiləri əhatə edib.

“İnteqrasiya həmçinin o deməkdir ki, biz dəyərlərimizi dəqiq ifadə etməliyik və yaymalıyıq... Razılaşdırdığımız qanun layihəsi bu işə mühüm töhfə verəcək”, - deyə Almaniyanın DİN rəhbəri Tomas de Mezyera bildirib.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel bundan öncə qadınların ictimai yerlərdə üzünü tamamilə örtən geyimdə gəzməsinə qadağa qoymağı təklif edib.

Angela Merkel müvafiq çağırışı ilk dəfə olaraq ötən ilin dekabrında 9-cu dəfə sədri seçildiyi Xristian-Demokratik İttifaqının qurultayında çıxışı zamanı səsləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm