II Nikolayın Türkiyədəki malikanəsi otel oldu – FOTOLAR
Bizi izləyin

Dünya

II Nikolayın Türkiyədəki malikanəsi otel oldu – FOTOLAR

II Nikolay bu evdən ov və istirahət zamanı istifadə edirmiş.

Rusiya imperiyasının sonuncu imperatoru, Romanovlar sülaləsinin sonuncu varisi Çar II Nikolayın Türkiyədəki tarixi malikanəsi restoran və otelə çevrilir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Katerina sarayı” adlandırılan sözügedən nəhəng ev Türkiyənin Qars vilayətinin Sarıqamış qəsəbəsində yerləşir.

Tarixi məlumatlara görə, II Nikolay bu evdən ov və istirahət zamanı istifadə edirmiş.

1877-1878-ci illərdə baş vermiş Osmanlı-Rus müharibəsindən sonra Sarıqamış 40 il rus əsarətində olub. Həmin dövrdə isə hakimiyyətdə olan Çar II Nikolay bu evdən ov və istirahət məkanı kimi istifadə edib.

Qars valisi Rahmi Doğan bildirib ki, Türkiyənin Tarixi Yerlər və Muzeylər Baş İdarəsi sözügedən evin 50 otaqlı otel və restoran kimi fəaliyyət göstərməsi barədə qərar qəbul edib.

Onun sözlərinə görə, buradan gələn gəlir isə Qars Valiliyinin büdcəsinə köçürüləcək: “Bu malikanə 7 il öncə Türkiyənin Mədəniyyət və Turizim Nazirliyinin balansına verilib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm