Beş dövlət arasında bölünəcək, Moskva 4 vilayəti götürəcək... - Rusiyadan ŞOK PLAN
Bizi izləyin

Dünya

Beş dövlət arasında bölünəcək, Moskva 4 vilayəti götürəcək... - Rusiyadan ŞOK PLAN

“Biz heç vaxt düşünmürdük ki, Sovet İttifaqını dağıla bilər. Amma bu baş verdi".

Ukraynanın ərazisini qonşu dövlətlər arasında bölməklə doqquz vilayətə qədər azaltmaq lazımdır.

Publika.az politolog.net saytına istinadən xəbər verir ki, bunu Rusiya telekanallarından birinin efirində Rusiya siyasətçisi və yazıçısı Eduard Limonov deyib.

“Mən Ukraynanı bölməyi təklif edirəm. Gəlin, polyaklar, rumınlar, macarlar, slovaklar və Rusiya Ukrayna ərazisinə iddiamızı irəli sürək. Beləliklə, Ukraynanın ərazisi doqquz vilayətə qədər azalacaq. Biz özümüzə dörd vilayəti götürəcəyik. Polyaklar Lvovu alacaqlar”, - o bildirib.

Limonov əmindir ki, Rusiya Xarici İşlər Nazirliyi bir həftə səy göstərsə, bu ssenari baş tuta bilər.

“Minsk prosesi dalandır. Orada bizim insanlarımız məhv olurlar”, - deyə siyasətçi əlavə edib.

Ukraynanın NATO yanında missiyasının sabiq hərbi nümayəndəsi, general-mayor Pyotr Qaraşuk hesab edir ki, Sovet İttifaqının taleyinin təkrarlanmaması üçün Ukraynanın bölünməsi üzrə planı ciddi qəbul etmək lazımdır.

“Biz heç vaxt düşünmürdük ki, Sovet İttifaqını dağıla bilər. Amma bu baş verdi. Belə ssenari istisna edilmir”, - Qaraşuk deyib.

Qeyd edək ki, bu, Eduard Limonov tərəfindən səsləndirilən ilk qalmaqallı bəyanat deyil. Limonov daha əvvəl bildirib ki, Rusiya ABŞ-ı mütləq məhv etməlidir.

“Rusiya Birləşmiş Ştatların ərazi cəhətdən dağılmasını hədəf almalıdır. Və bu hədəf üçün çox müttəfiq tapılacaq. Çünki, bu təcavüzkar dövlət mövcud olduğu müddətdə dünyada heç kəsə xoşbəxtlik yoxdur. Karfagen dağıdılmalıdır”, - Limonov deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm