Dindar qadınlardan GÖRÜNMƏMİŞ ADDIM
Bizi izləyin

Dünya

Dindar qadınlardan GÖRÜNMƏMİŞ ADDIM

Fətvanın hələ ki, hüquqi əsası olmasa da, təsirli olacağı ehtimal edilir.

Uşaq evliliklərinin çox rast gəlindiyi ölkələrdən biri olan İndoneziyada dindar qadınlar bu vaxta qədər görülməmiş bir addım atıb.

Publika.az xəbər verir ki, dindar qadınlar qız uşaqlarının erkən yaşda evləndirilməsinə qarşı fətva verib.

Qərar İndoneziyada bir çox ölkədən dindar qadınların bir yerə toplandığı konfransdan sonra açıqlanıb. Fətvanın hələ ki, hüquqi əsası olmasa da, təsirli olacağı ehtimal edilir.

YUNİSEF-in açıqlamalarına görə, bu ölkədə hər 4 qadından biri 18 yaşdan tez evləndirilir. İndoneziyada din xadimləri tərəfindən tez-tez müxtəlif mövzularda fətvalar verilir. Lakin bunlar adətən kişilər tərəfindən və Üləma Konseyində irəli sürülür.

Qeyd edək ki, İndoneziyada erkən yaşda evləndirilən qızlar təhsildən də uzaqlaşdırılır. Bu cür evliliklərin yarıdan çoxu boşanma ilə nəticələnir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm