Nazir müavini: “Bütün dünyada müharibə…”
Bizi izləyin

Dünya

Nazir müavini: “Bütün dünyada müharibə…”

"Bütün dünyada müharibənin olub-olmayacağı barədə fala baxmağa başlayıblar".

Koreya Xalq Demokratik Respublikası ABŞ-ın Cənubi Koreyada yerləşdirdiyi THAAD raket əleyhinə müdafiə sisteminə görə nüvə proqramından imtina etməyəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, THAAD sistemlərinin yerləşdirilməsi üzrə ABŞ-ın qərarı regionda gərginliyi artırır.

“Regionda sülh ciddi sınağa məruz qalıb və münaqişənin isti mərhələyə keçmə təhlükəsi heç vaxt olmadığı qədər böyükdür. Davakar ritorika ona gətirib çıxarıb ki, bütün dünyada müharibənin olub-olmayacağı barədə fala baxmağa başlayıblar”, - o qeyd edib.

Qatilov bildirdi ki, ABŞ və Cənubi Koreya THAAD sistemlərinin yerləşdirilməsinin məqsədəuyğunluğu barədə növbəti dəfə düşünməlidir: “Çünki bu, Koreya yarımadasında əlavə gərginlik yaradır və münaqişəyə gətirib çıxara bilər. Şimali koreya hakimiyyəti çətin ki, nüvə proqramını dayandıracaq. Hamıya aydın olmalıdır ki, Pxenyan təhlükəsiz olduğunu hiss etməyincə, nüvə proqramından imtina etməyəcək. Şimali koreyalılar ABŞ və onun regiondakı müntəzəm genişmiqyaslı təlimlərini məhz təhdid kimi qiymətləndirirlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm