ABŞ Türkiyə sərhədinə ordu yetirdi: DÖYÜŞ BAŞLAYACAQ - - FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ Türkiyə sərhədinə ordu yetirdi: DÖYÜŞ BAŞLAYACAQ - - FOTOLAR

ABŞ əsgərləri hazırda Türkiyə-Suriya sərhədində YPG ilə birlikdə hərəkət edir.

ABŞ Türkiyənin Suriya və İraqda PKK-ya qarşı hücum əməliyyatına mane olmağa çalışıb.

Publika.az
xəbər verir ki, Türkiyə əməliyyatla bağlı ABŞ-a məlumat verib. Amerika isə bu məlumatı PKK-nın Suriya qolu olan PYD-yə ötürüb.

Məlumatlara görə, aprelin 24-dən 25-nə keçən gecə saat 02:00-da başlayan hücumdan öncə bunlar baş verib:

- Ankara hücumla bağlı koalisiya ölkələrinə məlumat verib.
- Karaçok və Sincarda ABŞ, Rusiya və Şimali İraq Kürd Muxtariyyətinin verdiyi koordinatlara uyğun nöqtələr bombalanıb.

- Hücumdan 2 saat öncə açıqlanan məlumat bölgədə Amerika əsgərlərini hərəkətə keçirib.

- Kəşfiyyat məlumatlarına görə, Amerikalı komandirlər hücumdan 18 dəqiqə öncə İraq və Suriyadakı PKK-çılara “Türkiyə bomblayacaq” xəbərdarlığı edib.

- Türkiyənin bombalayacağını bilən Amerika Karakoç və Sincarı 50 dəqiqə içində boşaldıb.

- 70-ə qədər PKK terrorçusunu özləri ilə apararaq, xilas ediblər.

Bütün bunlarla yanaşı, ABŞ ordusunun zirehli avtomobilləri PYD-ni və onun silahlı qanadı YPG-ni qorumaq üçün Türkiyə sərhədinə yeridilib. Məlumatlara görə, ABŞ əsgərləri hazırda Türkiyə-Suriya sərhədində YPG ilə birlikdə hərəkət edir.


Qeyd edək ki, aprelin 28-si axşam saatlarından başlayaraq, Türkiyə Silahlı Qüvvələri ilə YPG arasında Türkiyə-Suriya sərhədi boyunca döyüşlər gedib.

ABŞ da məhz bu döyüşlərdən sonra YPG-yə dəstək üçün sərhədə texnika və əsgərlər göndərib. Bundan sonra baş verə biləcək hər-hansı hərbi toqquşmada amerikalı əsgərlər türklərə qarşı döyüşəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm