İranlı telekanal prezidenti Türkiyədə qətlə yetirildi - - FOTO
Bizi izləyin

Dünya

İranlı telekanal prezidenti Türkiyədə qətlə yetirildi - - FOTO

Avtomobil odlu silahdan atəşə tutulub.

İranın "GEM" telekanalının prezidenti Saeed Karimiyan Türkiyənin İstanbul şəhərində öldürülüb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

Belə ki, telekanal rəhbərinin İstanbulun Sarıyer səmtinin Maslak Ayazağa küçəsindən Levent istiqamətinə hərəkət edən avtomobilinin qarşısı naməlum şəxslər tərəfindən kəsilib. Bundan sonra avtomobil odlu silahdan atəşə tutulub. Nəticədə S.Karimiyan və sürücüsü hadisə yerində ölüb.

Qeyd edək ki, İranın populyar televizya kanalı olan "GEM" TV İstanbulda yayımlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm