Yens Stoltenberq: “NATO Türkiyəsiz zəifləyər”
Bizi izləyin

Dünya

Yens Stoltenberq: “NATO Türkiyəsiz zəifləyər”

Türkiyə Avropa və NATO-nun təhlükəsizliyi üçün əsas ölkələrdən biridir.

"Türkiyə NATO-nun mühüm iştirakçısıdır".

Publika.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın «Welt am Sonntag» nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ankara NATO-nun Əfqanıstan, Kosovo və digər ölkələrdəki missiyalarına mühüm töhfə verir.

“Şübhəsiz ki, NATO Türkiyəsiz zəif olacaq. Türkiyə bir çox səbəblərə görə NATO-nun mühüm müttəfiqidir”, - deyə NATO-nun baş katibi qeyd edib.

O qeyd edib ki bu, əsasən Türkiyənin coğrafi yerləşməsi və hərbi potensialı ilə əlaqədardır. Bu, İŞİD-lə mübarizədə böyük əhəmiyyət kəsb edir.

“Türkiyə toqquşmaların və qarşıdurmanın davam etdiyi İraq və Suriya ilə həmsərhəddir. Bundan başqa, onun NATO üçün strateji olan Qara Dəniz regionu ilə sərhədi var. Bu, Rusiya ilə münasibətlər üçün böyük əhəmiyyət kəsb edir”, - deyə Yens Stoltenberq qeyd edib.

Stoltenberq qeyd edib ki, Türkiyə Avropa və NATO-nun təhlükəsizliyi üçün əsas ölkələrdən biridir.

NATO-nun baş katibi Türkiyənin siyasətini tənqid edən qərb ölkələrini qarşılıqlı hörmət nümayiş etdirməyə, sakitliyi qorumağa və müttəfiqə düşünülmüş münasibət göstərməyə çağırıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm