"Zərbə endirə bilərik" - Ərdoğan
Bizi izləyin

Dünya

"Zərbə endirə bilərik" - Ərdoğan

"ABŞ və YPG terror təşkilatının bayraqlarının birgə dalğalanması bizi təəssüfləndirir".

"Suriyada Türkiyə ilə sərhəd boyunca ABŞ hərbi karvanında ABŞ və YPG terror təşkilatının bayraqlarının birgə dalğalanması bizi təəssüfləndirir".

Publika.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Hindistana səfərdən öncə mətbuat konfransı keçirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, Türkiyə v ABŞ NATO üzvləri, strateji müttəfiqdir: Strateji müttəfiq kimi biz bu mənzərədən narahat oluruq. Bu, ABŞ-ın öncəki prezidenti Barak Obamanın dövründən qalan bir ənənədir, davam edir. Vaşinqtona səfərim zamanı mövqeyimizi ABŞ prezidenti Donald Trampa çatdıracağıq. Türkiyə sıradan bir dövlət deyil, biz öz göbəyimizi özümüz kəsəcəyik. Mən bir daha bəyan edirəm ki, hər an Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalına daxil olaraq, YPG terror təşkilatına zərbə endirə bilər. Biz əndişə ilə yaşamaqdansa, terrorçular qorxu içərisində yaşasınlar".

Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm