Sarkisyan Ollandı “dahi ideya”sı ilə aldatmaq istədi - Video
Bizi izləyin

Dünya

Sarkisyan Ollandı “dahi ideya”sı ilə aldatmaq istədi - Video

Sarkisyan Ollandı “dahi ideya”sı ilə aldatmaq istədi - Video

Ermənistan prezidenti Serj Sarkisyan çox güman ki, Fransa prezidenti Fransua Ollandın Bakıda keçirdiyi görüşləri və verdiyi bəyanatları diqqətlə izləyib.

Sarkisyan Ollandın Bakının tezliklə dünyanın ən gözəl paytaxt şəhərlərindən biri olacağını deməsindən də xəbərdar idi. Erməni prezident bilirdi ki, Olland Bakıda “Azərbaycanın bu cür inkişafı region, eləcə də dünya üçün nümunədir” söyləyib.

Sarkisyana o da məlum idi ki, Fransa prezidenti Cənubi Qafqaz səfərində növbəti dayanacaq olan İrəvanda tamam başqa bir mənzərə ilə qarşılaşacaq. O, buna görə də Ollandda İrəvan haqqında da yaxşı təəssürat yaratmaq istəyib.

Ermənistan prezidenti paytaxtın köhnə sifətini fransalı qonaqdan gizlətmək üçün maraqlı bir “ideya” düşünüb. Erməni mediasının yazdığına görə, dünən Ermənistan və Fransa prezidentləri paytaxtda yerləşən bir bağçanın adının dəyişdirilməsi mərasimdə iştirak edib.

Sarkisyanın maraqlı “ideya”sı isə ondan ibarətdir ki, bağçanın yanındakı köhnə bir binanın divarları dekorativ divar kağızları ilə örtülərək abadlıq təəssüratı yaradılıb. Divar kağızları ilə qonşuluqdakı tikintisi başa çatmayan binalar da örtülüb.

Belə bir “dahi ideya”nın sahibi ancaq Ermənistan prezidenti ola bilərdi. Ancaq inandırıcı deyil ki, Sarkisyan bununla Ollandı aldada və İrəvanın “gözəl şəhər” olduğuna inandıra bilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm