Vaşinqton kosmosdan növbəti dəfə Putini təkzib etdi - Foto
Bizi izləyin

Dünya

Vaşinqton kosmosdan növbəti dəfə Putini təkzib etdi - Foto

Vaşinqton kosmosdan növbəti dəfə Putini təkzib etdi - Foto

ABŞ Dövlət Departamenti Ukrayna sərhədi yaxınlığında Rusiya hərbi qruplaşmalarının yerləşdiyini göstərən yeni fotonu yayımlayıb.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, foto peykdən çəkilib.

Xəbərə görə, 12 May tarixində çəkilən fotoda hərbi qruplaşmaların Rostovda – Ukrayna sərhədinin 75 kilometrliyində olduğu görünür. Bildirilir ki, Rusiya hərbi texnikası faktiki olaraq 23 Martdakı mövqeyində qalır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir həftə əvvəl hərbi qruplaşmaların Ukrayna sərhədindən geri çəkildiyini bildirmişdi. O, qeyd etmişdi ki, bunu kosmosdan da yoxlamaq mümkündür.

Amerikalıların kosmosdan çəkdiyi foto isə bunun əksini deyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm