Rusiya NATO ilə müharibədə qələbə şansına malik deyil – Hərbi analiz
Bizi izləyin

Dünya

Rusiya NATO ilə müharibədə qələbə şansına malik deyil – Hərbi analiz

Rusiya NATO ilə müharibədə qələbə şansına malik deyil – Hərbi analiz

Rusiya Federasiyası Şimali Atlantika İttifaqı (NATO) ilə müharibədə qələbə qazanmaq üçün heç bir nəzəri şansa malik deyil.

Publika.az – ın verdiyi xəbərə görə, bu barədə Polşanın “TVN24” telekanalının Rusiyanın hərbi qüvvələri ilə bağlı hazırladığı analizdə deyilir.

NATO-nun hərbi gücünün Rusiya hərbi gücünü dəfələrlə üstələdiyi qeyd olunan analizdə həmçinin bildirilir ki, ruslarda nüvə silahının olması mümkün hərbi qarşıdurma ehtimalını azaldır. “Texnologiya daha pis, daha kiçik hərbi xərclər, daha az əsgər. Kağız üzərində Rusiya NATO ilə müharibədə qələbəyə şanslarına malik deyil”, - Polşanın məşhur xəbər kanalının analizində qeyd edilir.

Analizə görə, Şimalİ Atlantika ittifaqının hərbi xərcləri azalmasına baxmayaraq, 950 milyard dollar təşkil edir. Bu rəqəm Rusiyada 90 milyarddan da azdır ki, bu da ölkənin müdafiə qabiliyyətinə böyük təsir edir: “NATO ordusunda 3,5 milyon, Rusiyada isə 766 min əsgər xidmət edir. İttifaqda 14 min təyyarə və vertolyot, ruslarda 900, ittifaqda 2,5 hərbi gəmi, ruslarda isə yalnız 250 hərbi gəmi var. İttifaq həmçinin, daha yeni tank və zirehli texnikaya malikdir. Rusiyanın silah arsenalında isə daha çox SSRİ dövründə istehsal olunmuş silahlar yer alıb”.

Eyni zamanda analizdə qeyd edilir ki, Rusiyanın NATO üzərində əsas üstünlüyü onun müstəqil qərar qəbul etməsidir. Halbuki, NATO daxilində qəbul edilən qərarlarda bütün üzv ölkələrin razılığı olmalıdır. Analizdə bildirilir ki, silahlı konflikt nüvə silahından istifadəyə gətirib çıxara bilər ki, bu da bəşəriyyətin məhv olma təhlükəsi qarşısında qoyur: “Rusiyanın hərbi doktrinası nəzərdə tutur ki, “daha güclü adi silahlı qüvvələr”in hücum edəcəyi halda Moskva nüvə silahı ilə cavab vermək hüququnu özündə saxlayır. Bu müddəa məhz NATO ilə hərbi gücün bərabərsizliyinə görə doktrinaya daxil edilib. Kremldə qərar qəbul edənlər də adi silahlı qüvvələrinin zəifliyini anlayırlar”.

Dünya mediasında isə zaman-zaman ABŞ və Rusiyanın hərbi potensialı müqayisə edilir. Polşa kanalının hərbi analizindən göründüyü kimi ABŞ-ın üzvü olduğu NATO ilə müqayisədə Rusiyanın hərbi potensialı çox azdır. Amma nəzərə alaq ki, NATO-nun hərbi gücünün və hərbi xərclərinin əsas hissəsi ABŞ-ın payına düşür.

İlk növbədə bildirmək lazımdır ki, ABŞ ordusu daha müasir texnoloji yeniliklərdən istifadə edir. Pentaqonun 2014-cü il üçün təsdiq olunmuş hərbi büdcəsi 526,8 milyard dollardır. Bu Rusiyanın hərbi büdcəsindən 7-8 dəfə çoxdur. Qabaqcıl texnologiyalardan məhrum olan Rusiya hərb sənayesi dünyanın əksər ölkələrindəki ənənəvi silah bazalarını itirib, ordusunu ixtisara salmağa məcbur olub. Buna baxmayaraq, Qərbi Rusiyaya hərbi supergüc kimi baxmağı vadar edən yeganə amil bu ölkənin nüvə silahlarıdır. cəbbəxanasıdır. “Silahlar üzərində nəzarət, təftiş və müqavilələrin icrasının monitorinqi” təşkilatının 2013-cü ilin yekun məlumatına görə, ABŞ orsunun arsenalında 1688, Rusiya ordusunda isə 1400 nüvə başlıqlı qitələrarası ballistik raketin mövcud olduğu bildirilir. Qeyri-nüvə başlıqlı ballistik raketlərin sayında da Amerika üstünlüyə malikdir. Ölkənin hazır vəziyyətdə olan 809, Rusiyanın isə 473 belə raketi var.

Amerika ordusunda 1963 “Abrams” markalı tank mövcuddur. Bundan başqa, 2400 M1A1 və 2385 M1 tankı da istənilən an ordunun köməyinə gələ bilər. Rusiya ordusunda isə ən müasir T-90 tankının 500 nümunəsi var. Əlavə olaraq, 4500 T-80 və 12500 T-72 tankı da döyüşə yararlı vəziyyətdədir. Müqayisədən görünür ki, Rusiya tank sayında ABŞ-ı bir neçə dəfə üstələyir. Amma nəzərə almaq lazımdır ki, texniki göstəricilərinə görə, “Abrams” tankları T-90-ları qat-qat üstələyir.

Dünyada ən çox hərbi aviasiyaya malik olan Amerika ordusunda 144 strateji bombardumançı (66 ədəd B-1, 20 ədəd B-2, 58 ədəd B-52) və 1.629 qırıcı (471 ədəd F-15, 968 ədəd F-16, 179 ədəd F-22, 11 ədəd F-35) var. Xüsusən vurğulamaq lazımdır ki, Amerika dünyada yeganə ölkədir ki, 5-ci nəsil qırıcı təyyarəyə - FF-22 Raptor (“Bumeranq” adıyla məşhur olan - B-2 Stealth Bomber Red Flag 09-2) sahibdir. Rusiya Müdafiə Nazirliyi ölkənin aviasiya potensialı barədə informasiyaların bir hissəsini məxfiləşdirdiyinə görə bu sahədə tam dəqiq məlumat yoxdur. Əldə olan məlumatlara görə, rusların 80 strateji bombardmançısı (16 ədəd Tu-160, 64 ədəd Tu- 95MS), 150 uzaq bombardmançı və 953 qırıcı təyyarəsi mövcuddur. Amma Rusiya hərbi sənayesi Hava Hücumundan Müdafiə Sistemlərinin təkmilləşdirilməsində böyük uğurlar qazanıb. “S-400” Hava Hücumundan Müdafiə Sistemi bütün döyüş xarakteristikalarına görə dünyada analoqu olmayan sistem sayılır. Hətta ABŞ sənayesinin fəxri olan “Patriot” sistemləri də “S-400” qarşısında acizdir. Məhz buna görə hərbi ekspertlərin fikrincə, mümkün Amerika-Rusiya müharibəsi zamanı Rusiya səmasında Amerika döyüş təyyarələrinin uğur qazana bilmə ehtimalı sıfra bərabərdir.

ABŞ və Rusiyanın Hərbi Dəniz qüvvələrinin müqayisə etsək aydın olar ki, Amerikadan fərqli olaraq, Rusiyanın heç bir zaman aviasiya daşıyıcı hazırlamaq ənənəsi olmayıb. Məhz bu səbəbdən Rusiya 2008-ci ildə Fransadan 2 “Mistral” tipli aviadaşıyıcı almaq barədə razılaşma imzalayıb. Lakin Ukrayna hadisələrinə Rusiya-Qərb münasibətlərinin gərginləşməsinin nəticəsi olaraq razılaşma yerinə yetirilməyə bilər. Fransa gəmilərin Rusiyaya satılıb-satılmayacağı barədə yekun qərarı bu ilin payızında verəcək. ABŞ Hərbi Dəniz Donanması 2013-cü ilin məlumatlarına görə, öz sıralarında “Nimits” tipli 10 aviadaşıyıcı birləşdirir. Dünyanın ən böyük aviadaşıyıcı gəmisi olan “Corc Buş” ABŞ-a məxsusdur. Rusiyada 12 atom sualtı qayığı olmasına qarşılıq ABŞ-da bu say 54-ə bərabərdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm