Üçüncü tur başladı: Qisas baş tutacaqmı?
Bizi izləyin

Dünya

Üçüncü tur başladı: Qisas baş tutacaqmı?

Le Pen həmçinin tərəfdarlarına öz partiyasının yeniləyəcəyinə söz verdi.

“İrəli!” hərəkatının lideri Emmanuel Makron Fransanın yeni prezidenti oldu. Səsvermənin ilkin nəticələrinin elan olunmasından sonra onunla ilk telefon söhbətini rəqibi, “Milli Cəbhə” Partiyasının lideri Mari Le Pen etdi. Ultrasağçı qadın siyasətçi məğlubiyyəti etiraf etdi.

Le Pen həmçinin tərəfdarlarına öz partiyasının yeniləyəcəyinə söz verdi. “Milli Cəbhə” parlament seçkilərinə hazırlaşacaq.

Ən böyük fransız KİV-lərinin sifarişi üzrə “Ipsos” agentliyinin keçirdiyi “Eksit-Poll”un nəticələrinə əsasən seçkilərdə Makron 66, Le Pen isə 34 faiz səs qazanmışdı. Bakı vaxtı ilə 21:00-da elan edilmiş rəsmi məlumatlarda güclü fərqlənmirdi: bülletenlərin 80 faizinin hesablanmasından sonra səsləri müvafiq olaraq 60:40 faiz nisbətində idi. 39 yaşlı sentrist Fransanın yeni prezidenti seçilmişdi. O, Fransanın bütün tarixində 25, Beşinci Respublikanın tarixində isə 8-ci prezident olacaq. Маkron XX əsrin əvvəlindən ən gənc dövlət başçısı statusu da qazanmış oldu.

Fransanın indiki prezidenti Fransua Olland, İtaliyanın baş naziri Matteo Rensi və Böyük Britaniyanın baş naziri Tereza Mey Makronu ilk təbrik edənlərdən oldu.

Müşahidəçilərə görə, prezident seçkiləri Fransanın köhnə siyasi sisteminin dağıdılmasını daha da möhkəmləndirdi. İki böyük partiya - sosialistlər və respublikaçıların namizədləri məğlubiyyətə uğradılar. Çox güman ki, bu, altı həftə parlamentə keçiriləcək seçkilərə də öz təsirini göstərəcək.

Qarşıdakı kampaniya Makron üçün xüsusi mərhələ, daha doğrusu üçüncü tur olacaq. O, tama hərəkət azadlığı qazanmaq və müxalif parlamentlə daim güzəşt axtarmağa məcbur edilən nominal prezident olmamaq üçün çalışmalıdır.

Bu, bir tərəfdən mümkündür, çünki Sosialistlər Partiyasının elektoratının çox hissəsi, ehtimal ki, praktik olaraq tamamilə onun tərəfinə keçəcək. Prezident daha çox dəstək qazanmaq üçün öz yeni rolundan istifadə edə bilər. Siyasi sistemin yenidən qurulması isə gözlənilməz nəticələrə gətirib çıxara bilər. Respublikaçılar Partiyası da parlament (partiyanın prezidentliyə namizədi keçmiş baş nazir Fransua Fiyon seçkilərinin ikinci turuna keçə bilmədi –red.) seçkilərində qisas almağa çalışacaqlar.

Digər tərəfdən, “qlobalistlər” hesab edilən ekstremal sollar ehtimal ki, yeni prezidenti hədələyəcəklər. Birinci turda onların namizədi olan Jan-Lyuk Melanşon birinci turda 19 faiz səs topladı. İkinci turda isə “qlobalistlər” seçkilərə sadəcə gəlmədilər, yaxud da seçki qutularına boş bülletenləri atdılar.

Bu seçkilərin tarixi nəticəsi ondan ibarətdir ki, üzvlərinin çoxu irqçi fikirləri ilə məşhud olan millətçi partiyasının lideri əhalinin üçdə birinin dəstəyini aldı.

Beşinci Respublikanın keçmiş prezidenti Nikolaa Sarkozinin şəxsi məsləhətçisi, Nitsa Universitetinin professoru İvan Blonun fikrincə, Marin Le Pen məğlubiyyətinə görə özünü gunahlandırmalıdır.

“Mənim fikrimcə, xanım Marin Le Pen Makronla böyük müzakirələrdə məğlub oldu. Onun davranışı xoşagəlməz və çox təcavüzkar idi. Bu, tamamilə vacib deyildi. Bilmirəm, bu, nə qədər təsir etdi, amma o, səslərin xeyli hissəsini məhz buna görə itirdi”.

Ekspertin fikrincə, yeni prezidentə parlamentdə ciddi müxalifətə olmayacaq. Onun sözlərinə görə, hazırda Fransua Ollandla bağlı vəziyyət də eynidir: “Deməli, yeni prezident bəzi islahatlar keçirə biləcək. Ehtimal ki, bu, iqtisadiyyatın sağ istiqamətdə hərəkəti ilə bağlı olacaq. Makron bu ehtiyacı yaxşı anlayır. Buna görə də mən optimistəm.

Ekspertlə maliyyə bazarları da razılaşır. Makronun qələbəsi avronun dəyərini artırdı və vahid Avropanın gələcəyi barəsində ümumi optimizmə əsas yaratdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm