• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Erməni nəşri: “Ankara və Bakı Naxçıvanı müdafiə etməyə hazırlaşır”

  • Dünya
  • 14 May 2014 15:56
  • 679 Baxış
Erməni nəşri: “Ankara və Bakı Naxçıvanı müdafiə etməyə hazırlaşır”

Xəbər verildiyi kimi, Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb. İ.Yılmazın mayın 14-15-də Naxçıvan Muxtar Respublikasına səfəri nəzərdə tutulurdu.

Səfərin Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə baş vermiş faciə səbəbindən təxirə salındığı bildirilir.

Publika.az – ın verdiyi xəbərə görə, Ermənistanın “Lragir” qəzeti sözügedən səfəri “Türkiyə və Azərbaycan Naxçıvanı müdafiə etməyə hazırlaşır” başlıqlı bir yazıda şərh edib.

Qəzet keçən il Azərbaycan prezidenti İlham Əliyevin xüsusi fərmanı ilə Naxçıvan 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradıldığını xatırladıb.

Yazıda “Türkiyə və Azərbaycan Naxçıvanı kimdən müdafiə etməyə hazırlaşır” sualı qoyub. Muxtar Respublikanın İran və Ermənistanla həmsərhəd olduğunu yazan qəzet suala müəyyən qədər cavab verir: “Naxşıvana İran tərəfindən təhlükə varmı? İran öz təbii qazı və neftin Avropaya ixracı üçün yolları axtarır. Türkiyə və Azərbaycan İran boruları üçün Naxçıvanı açmayacaq. Çünki, əks halda Ermənistanı mühasirədən çıxarmaq lazım gələcək. Bu isə Türkiyə və Azərbaycan üçün Qarabağ məsələsində əsas geosiyasi arqumentin itkisi anlamına gələcək. Ermənistan Naxçıvan üçün təhlükədirmi? Bəli, Türkiyə və Azərbaycanın təsəvvüründə bu mümkündür”.

Türkiyə və Azərbaycanın Ermənistan-İranın ittifaqından narahat olduğunu bildirən “Lragir” Ankara və Bakının Ermənistanın Avrasiya inteqrasiyasının qarşısını almaq, onu mühasirədə saxlamaq üçün hər şeyi edəcəyini qeyd edib. Erməni nəşrinə görə, artıq bu reallığa çevrilib.

“Moskva Ermənistan üzərində neft və qaz kəmərlərini tikmək üçün İrana icazə verməyəcək. Deməli, Türkiyə və Azərbaycan Naxçıvan üçün narahat olmaya bilər. Amma hər ehtimala qarşı Türkiyə və Azərbaycan Naxçıvanı müdafiə etməyə hazırlaşır”, - “Lragir” sonda yazıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR