Şirkətləri həbsxanadan idarə edir
Bizi izləyin

Dünya

Şirkətləri həbsxanadan idarə edir

Türkiyədə 17 Dekabr 2013-cü il tarixində keçirilən “sui-istifadə və rüşvət əməliyyatı”nda həbs olunan iş adamı Rza Zərrab həbsxanadan şirkətlərini idarə etməkdə davam edir

Türkiyədə 17 Dekabr 2013-cü il tarixində keçirilən “sui-istifadə və rüşvət əməliyyatı”nda həbs olunan iş adamı Rza Zərrab həbsxanadan şirkətlərini idarə etməkdə davam edir.

Publika.Az –ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, R.Zərrab son olaraq “Royal Mobilya” şirkətinə təyinatlar edib.

Xəbərdə R.Zərrabın həbsxanada olmasına baxmayaraq, şirkətləri ilə əlaqədar qərarlarında imzasının olduğu bildirilir. İran əsilli iş adamının “Royal Holdinq”, “Royal Denizçilik” kimi şirkətlərlə yanaşı, “Royal Mobilya Dekorasyon Sanayi ve Ticaret Anonim Şirketi” adlı şirkəti də var. Bu şirkətin yeganə ortağı R.Zərrabdır. Türkiyənin “Ticaret Sicil” qəzetinin 16 Yanvar 2014-cü il tarixli sayında “Royal Mobilya” şirkəti ilə əlaqədar bir qərar diqqət çəkir. Qərarla şirkətə təyinatlar edilib və qərarın altında R.Zərrabın imzası var.

Hüquqşünaslar hesab edir ki, şirkət rəhbərləri barəsində məhkəmə hökm olmadığı halda prokurorluğun icazəsi ilə sənədləri imzalaya bilər. Hüquqşünaslar yalnız məhkəmə hokmündən sonra R.Zərrabın səlahiyyətlərinin əlindən alına biləcəyini bildirir.

“Royal Mobilya” 2 Noyabr 2012-ci il tarixində qurulub. R.Zərrab şirkətin İdarə Heyətinin başçısıdır. Bir milyon lirə ilə qurulan şirkət 28 Fevral 2013-cü ildə sərmayəsini 8 milyon lirəyə qədər artıra bilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm