Kreml daha iki postsovet respublikanı birdəfəlik itirir
Bizi izləyin

Dünya

Kreml daha iki postsovet respublikanı birdəfəlik itirir

Kreml daha iki postsovet respublikanı birdəfəlik itirir

Avropa Birliyi (AB) ilə Gürcüstanın assosiasiya haqqında razılaşmanın imzalanması 27 İyun tarixinə nəzərdə tutulub.

Publika.az – ın gürcü mediasına istinadən verdiyi məlumata görə, bu barədə razılıq Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy ilə Gürcüstan baş naziri İrakli Qaribaşvilinin Tiflisdəki görüşündə razılıq əldə olunub.

İrakli Qaribaşvili Herman Van Rompuyla keçirdiyi birgə mətbuat konfransında Avropa Komissiyasının Gürcüstana 30 milyon avro maliyyə yardımını ayırdığını bildirib. Onun sözlərinə görə, bu vəsait aqrobiznes rəqabətinin artırılmasına və ictimai institutların müasirləşdirilməsinə sərf olunacaq.

Daha əvvəl bildirilib ki, Moldova da analoji razılaşmanı 27 İyunda imzalayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm