Mədən faciələrində 3 mindən çox adam həlak olub – Qanlı tarix
Bizi izləyin

Dünya

Mədən faciələrində 3 mindən çox adam həlak olub – Qanlı tarix

73 il ərzində Türkiyədə mədən faciələrində 3 mindən çox işçi ölüb.

1941-ci ildən indiyədək Türkiyənin bir çox bölgəsində mədənlərdə baş verən partlayış, çöküş və yanğınlarda 3 mindən çox işçi həlak olub, 100 mindən çox adam isə yaralanıb.

Ölkədə ən böyük mədən faciəsi 1992-ci ildə Zonquldağın Qozlu rayonunda olan kömür mədənində baş verib. Buradakı qrizu partlayışı (metan qazının hava ilə qarışması – red.) nəticəsində 263 işçi ölmüşdü.

Türkiyə Statistika Qurumunun keçən ilin mart ayında yayımladığı hesabata görə, Türkiyədəki iş qəzalarının ən çox baş verdiyi sektor mədən və daş karxanalarıdır.

İndiyə kimi Türkiyədə yaşanan mədən qəzalarının tarixini təqdim edirik:

7 Mart 1983: Armudcuqda qrizu partlayışı - 103 ölü.

10 Aprel 1983: Qozluda qrizu partlayışı - 10 ölü.

31 Yanvar 1987: Qozluda çökmə - 8 ölü.

31 Yanvar 1990: Bartinin Amasra bölgəsində qrizu partlayışı - 5 ölü

7 Fevral 1990: Amasiya Yeni Çəltikdə qrizu partlayışı - 68 ölü.

3 Mart 1992: Qozluda qrizu partlayışı - 263 ölü.

26 Mart 1995: Yozqatın Sorqun bölgəsində qrizu partlayışı - 37 ölü.

22 Noyabr 2003: Qaramanın Ermenek bölgəsində qrizu partlayışı - 10 ölü.

8 Sentyabr 2004: Kastamonunun Kürə bölgəsində yanğın - 19 ölü.

2 İyun 2006: Balıqəsirin Dursunbəy bölgəsində qrizu partlayışı (17 ölü).

10 Dekabr 2009: Bursanın Mustafakamalpaşa bölgəsində qrizu partlayışı (19 ölü).

17 May 2010: Zonquldakda qrizu partlayışı (30 ölü).

8 Yanvar 2013: Qozluda qrizu partlayışı (8 ölü).

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm