Dünya
Saakaşvili: "Putini Miloşeviçin taleyi gözləyir"
"Rusiya prezidenti Vladimir Putini Yuqoslaviyanın sabiq
prezidenti Slobodan Miloşeviçin taleyi gözləyir".
Bu sözləri Dneprepetrovskda səfərdə olan Gürcüstanın eks
prezidenti Mixail Saakaşvili deyib. O, öz çıxışında Rusiyanın
xarici siyasəti haqqında mülahizələr yürüdüb.
“Putin Miloşeviçin ssenarisi üzrə hərəkət edir. Miloşeviç
Bosniyanın “boynunu sındırdı”. Putinin də axırı Miloşeviçin sonu
kimi olacaq", - deyən Saakaşvili belə hesab edir ki, Putinin Rusiya
daxilindəki məşhurluğundan başı gicəllənir.
"Putin özünün 80 faizlik reytinqi ilə qürrələnir, lakin bu,
narkotikdir. Sabiq prezident kimi, mən yaxşı bilirəm ki, sən o
reytinqi saxlamaq üçün nələr edirsən və çoxlu səhvlər buraxırsan”,
- Saakaşvili belə deyib.
Ukraynanın bu günkü mənzərəsinə aydınlıq gətirən Mixail
Saakaşvilinin fikrincə, əgər Ukrayna müasir ordu yaradarsa, o zaman
təcavüzkarlardan xilas ola bilər. Əsas odur ki, Ukraynanı Bosnyaya
döndərmək olmaz.
Dneprepetrovskda ukraynalı vətənpərvərlərlə görüşdə olan Saakaşvili
separatçılarla mübarizə reseptini də onlarla bölüşüb. O deyib ki,
separatçılarla mübarizə üçün ilk növbədə əhali ilə dil tapmalı və
problemli regionlara maliyyə dəstəyi edilməlidir. /Ans/
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO