ABŞ Türkiyəyə YPG mövzusunda təminat verdi
Bizi izləyin

Dünya

ABŞ Türkiyəyə YPG mövzusunda təminat verdi

"Silah alışına qoyulan məhdudiyyətlər tamamilə aradan qaldırılacaq".

ABŞ YPG-yə verilən silahların Türkiyəyə qarşı istifadə olunmayacağına dair təminat verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyə nazir bildirib ki, Vaşinqtonun verdiyi təminata görə, YPG-yə verilən silahlar yalnız Rakka əməliyyatında istifadə ediləcək. Ankaraya həmçinin İŞİD-dən azad olunacaq Rakkanın ərəblərə təhvil veriləcəyi barədə təminat verilib.

Mövlud Çavuşoğlu ABŞ-dan silah alışına qoyulan məhdudiyyətlərin tamamilə aradan qaldırılacağını vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm