Ermənistan hökuməti istefa verdi - SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Ermənistan hökuməti istefa verdi - SON DƏQİQƏ

Yeni baş nazir isə 20 gün ərzində yeni hökumət quracaq.

Ermənistan hökuməti istefaya göndərilib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, prezident Serj Sarkisyan hökumətin istefası ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, hökumət istefaya göndərilir, hazırki hökumət üzvləri yeni hökumət formalaşana qədər vəzifələrini davam etdirirlər.

Serj Sarkisyan hökumətin istefasını parlamentin yeni tərkibdə bu gün keçirilən iclasında qəbul edilib. Hökumətin yeni tərkibi qarşıdakı bir ay ərzində formalaşacaq. Belə ki, prezident 10 gün ərzində yeni başl nazir təyin edəcək, yeni baş nazir isə 20 gün ərzində yeni hökumət quracaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm