Həsənov Ermənistan PARLAMENTİNƏ GİRDİ, məmur sevgilisi olan deputat isə...
Bizi izləyin

Dünya

Həsənov Ermənistan PARLAMENTİNƏ GİRDİ, məmur sevgilisi olan deputat isə...

Həsənov Ermənistan parlamentə gəldi və...

Bu gün Ermənistan parlamentinin yeni spikeri Ara Babloyan seçilib.

Publika.az
xəbər verir ki, A.Babloyanın namizədliyini Ermənistan prezidenti Serj Sarkisyan irəli sürüb. Eduard Şarmazanov və Arpine Ovannisyan isə vitse-spiker seçilib.

Gənc xanım olan A.Ovannisyan ötən il ədliyyə naziri təyin olunmuşdu. Onun bu postda təyin olunması Ermənistan müxalifəti tərəfindən birmənalı qarşılanmamışdı. Hətta bu gənc xanımın hakim Respublika Partiyasının əsas şəxslərindən birinin (həmin şəxsin adı açıqlanmırdı) sevgilisi olduğu haqda iddialar da yayılmışdı. Daha sonra o, nazir postundan kənarlaşdırıldı və parlament seçkilərində hakim partiyanın namizədi olaraq çıxış etdi.

Yeni parlament bu gün öz işinə başlayıb. İlk iclas formal xarakter daşıyır. Parlamentin ilk iclasını milliyyətcə yezidi kürdü Knyaz Həsənov açıb. Buna səbəb Həsənovun ən yaşlı deputat olmasıdır.

A.Babloyanın spiker təyin edilməsi Ermənistan mediasında etirazla qarşılanıb.

“1in.am” saytı yazır ki, ixtisasca həkim olan Babloyanın spiker təyin edilməsi Sarkisyanın uğursuz gedişidir: “Çünki Babloyan parlament komissiyasının sədri olsa da, hörmət sahibi olan deputat deyildi. İctimai nüfuzu olan siyasətçi də deyil. Həkim spiker sakit fiqurdur və hər kəslə yola getməyi bacarar”.

Sayt etibarlı məlumatlara istinadən yazır ki, spikerin seçilməsi ilə bağlı məsələdə Sarkisyanla baş nazir Karen Karapetyan arasında fikir ayrılığı olub.

“Baş nazir Eduard Şarmazanov və Armen Aşotyanın namizədliyinə qarşı idi. Sarkisyan da öz növbəsində Arpine Ovannisyanın və Karen Karapetyanın qardaşı Samvel Karapetyanın namizədliyini rədd edirdi. Sonda görünür, Babloyanın üzərində güzəşt edildi”, - deyə sayt vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm