Rusiya prezident seçkisinə hərbi təlimlərlə cavab verəcək
Bizi izləyin

Dünya

Rusiya prezident seçkisinə hərbi təlimlərlə cavab verəcək

Rusiya prezident seçkisinə hərbi təlimlərlə cavab verəcək

Rusiya 21-26 May tarixlərində Ukrayna ilə həmsərhəd Voronej vilayətində “Aviadarts-2014” adı altında hərbi təlimlər keçirəcək.

Publika.az – ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Hərbi təlimlərlə bağlı diqqət məqam isə ondan ibarətdir ki, göstərilən tarix Ukrayna prezident seçkilərinin keçirildiyi tarixlə üst-üstə düşür. Xatırladaq ki, Ukraynada prezident seçkilərinin 25 Mayda keçirilməsi planlaşdırılır. Hərbi təlimlərdə 71 hərbi təyyarə və vertolyotun heyəti iştirak edəcək.

Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçik tarixin qəsdən seçildiyini istisna etmir. “Tamamilə mümkündür ki, Rusiya Müdafiə Nazirliyində Ukraynada formalaşan hərbi-siyasi vəziyyət əsas tutulub”, - ekspert qeyd edib.

Hərbi Proqnozlaşdırmalar Mərkəzinin rəhbəri Anatoliy Sıqanok da təxminən eyni fikirdədir: “Mayın 9-unda aviasiyamız imkanlarını Qərbə əla nümayiş etdirdi. Təyyarələr Krıma qədər uçdu və geri qayıtdı. Görünür, müvəffəqiyyəti möhkəmləndirməyə qərar veriblər”.

Bütovlükdə isə hərbi ekspert bu cür təlimlərin effektivliyinə şübhə edir. “Nazir Sergey Şoyqu Müdafiə Nazirliyinə diqqəti cəlb etmək üçün hər şey edir. Amma bu Rusiya ordusu üçün faydalı deyil, xüsusən Şoyqunun özünə. Bu cür təlimlərin keçirilməsinə sərf olunan vəsaiti yeni tanklar və təyyarələrin alınmasına xərcləmək olardı”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm