ABŞ-ın mərkəzindəki qəzadan YENİ GÖRÜNTÜLƏR - 1 ölü, 20 yaralı (YENİLƏNDİ) - - FOTO/VİDEO
Bizi izləyin

Dünya

ABŞ-ın mərkəzindəki qəzadan YENİ GÖRÜNTÜLƏR - 1 ölü, 20 yaralı (YENİLƏNDİ) - - FOTO/VİDEO

Naməlum sürücü maşını kütlənin üzərinə sürüb.

ABŞ-ın Nyu-York şəhərindəki "Times meydanı"nda avtomobilin yoldan çıxaraq səkiyə çırpılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Şahidlər sürücünün avtomobili qəsdən adamların üzərinə sürdüyünü və hadisədən sonra polisin bir nəfəri həbs etdiyini bildiriblər.

Son məlumatlara görə, qəzanı törədən sürücü həbs olunub. Nyu-York polisi hadisənin terror aktı olmadığını bəyan edib. Sürücünün sərxoş vəziyyətdə maşını idarə etdiyi bildirilir.

***

ABŞın Nyu York ştatında dünyaca məşhur Tayms meydanında naməlum sürücü maşını kütlənin üzərinə sürüb.

Publika.az xəbər verir ki, ilkin məlumatlara görə hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Nyu-York polisi ərazini nəzarətə götürüb.

Hüquq-mühafizə orqanları olayın terror olub-olmadığını araşdırır.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm