DƏHŞƏT: Gəlin qayınatasını bıçaqladı, ölüsü ilə... - - FOTO
Bizi izləyin

Dünya

DƏHŞƏT: Gəlin qayınatasını bıçaqladı, ölüsü ilə... - - FOTO

Məhkəməyə çıxarılan 26 yaşlı Amanda Teylora ömürlük həbs cəzası verilib.

Amerikanın Virciniya ştatında dəhşətli ailə faciəsi baş verib. 26 yaşlı Amanda Teylor öz qayınatasını bıçaqlayıb.

Publika az xəbər verir ki, Teylorlar ailəsinin gəlini, 26 yaşlı Amanda Teylor 59 yaşlı qayınatası Çarlz Teyloru bıçaqla öldürüb. Öldürdükdən sonra əlində qanlı cinayət aləti ilə cəsədin önündə şəkil çəkdirən qadın şəkilləri sosial şəbəkəyə yükləyib və "çox xoşbəxtəm" yazıb.

Qadın qayınatasını ərinin ölümündə günahkar hesab etdiyi üçün bu addımı atıb.

Polisə ifadəsində ərinin intihar edərək öldüyünü deyən qadın onu bu ölümə qayınatasının sürüklədiyini bildirib: "Ona nifrət edirdim. Əməlimdən peşman deyiləm".

Məhkəməyə çıxarılan 26 yaşlı Amanda Teylora ömürlük həbs cəzası verilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm