4 bank faciədə ölənlərin borclarını sildi
Bizi izləyin

Dünya

4 bank faciədə ölənlərin borclarını sildi

“ING Bank”, “Qaranti”, “Bank Asya” və “Yapı Kredi” bankları Soma faciəsində ölənlərin borclarını silmək qərarı verib.

Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin dörd bankı - “ING Bank”, “Qaranti”, “Bank Asya” və “Yapı Kredi” bankları onlara borcu olan mədəndə həlak olan müştərilərinin borclarını silmək qərarı verib.

Qeyd edək ki, Somada baş verən kömür mədəni faciəsində Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız yerli Bakı vaxtıyla 00.00-da jurnalistlərə verdiyi açıqlamada ölü sayının 275 olduğunu bildirib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm