“Klinton rus agentidir” - İTTİHAM
Bizi izləyin

Dünya

“Klinton rus agentidir” - İTTİHAM

“Bu, Rusiyaya öz təsirini genişləndirməyə imkan verəcək”.

Nyu-Cersi ştatından Respublikaçılar Partiyasının üzvü Anna Littl ABŞ-ın keçmiş dövlət katibi, prezidentliyə keçmiş namizəd Hillari Klintonu Rusiya ilə əlaqələrdə ittiham edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, respublikaçı siyasətçi Klintonu “rus agenti” adlandırıb.

Onun sözlərinə görə, Klinton Kremlin tapşırığı üzrə ABŞ-ı dağıtmağa çalışır. Anna Littl qeyd edir ki, sabiq dövlət katibi öz çağırışları ilə ABŞ-ın qanuni seçilmiş prezidenti Donald Trampı dəstəkləməməklə ölkəni parçalamaq istəyir.

“Bu, Rusiyaya öz təsirini genişləndirməyə imkan verəcək”, - o deyib.

“Rasmussen Reports” ictimai sorğu mərkəzinin aprel ayında keçirdiyi sorğuya görə, amerikalıların 52 faizi hesab edir ki, ABŞ Konqresi Hillari Klinton və onun əri keçmiş prezidenti Bill Klintonun “Rusiya ilə əlaqələr”ini araşdırmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm