Suriyanın bombardmanına Moskvadan SƏRT REAKSİYA
Bizi izləyin

Dünya

Suriyanın bombardmanına Moskvadan SƏRT REAKSİYA

"ABŞ-ın Suriyanın hökumət güclərinə zərbəsi Suriyanın müstəqilliyini pozur".

ABŞ-ın Suriyanın hökumət güclərinə zərbəsi qeyri-qanunidir və Suriyanın müstəqilliyini pozur.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

“ABŞ Suriyaya zərbələrinə belə bəraət qazandırmağa çalışır ki, hökumət gücləri Amerika hərbçiləri ilə əməkdaşlıq edən müxalifət qüvvələrinə təhlükə yaradırdı. Bu zərbələr Suriyanın müstəqilliyini pozur, qeyri-qanuni və növbəti kobud pozuntudur”, - Lavrov jurnalistlərə deyib.

Qeyd edək ki, dünən Suriya dövlət televiziyası ABŞ-ın Suriyanın Tanf bölgəsi yaxınlığında Əsəd rejiminə aid hərbi qüvvələri vurması ilə bağlı məlumat yayıb. Xəbəri ABŞ Müdafiə Nazirliyi təsdiqləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm