ABŞ-a MESAJ: “Əsl müharibə indi başlanır”
Bizi izləyin

Dünya

ABŞ-a MESAJ: “Əsl müharibə indi başlanır”

Mədəni ölkələr özünü belə aparmır.

“Vikiliks sənədləri dərc etməyə davam edəcək. Bu gün mənim üçün əhəmiyyətli qələbədir. Ancaq yol yalnız başlanır, əsl müharibə hələ irəlidədir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Londonda Ekvador səfirliyinin eyvanından jurnalistlərə müraciət edən qalmaqallı “Vikiliks” saytının banisi Culian Assanj deyib.

O, İsveç prokurorluğunun ona qarşı cinayət işinə xitam verməsindən sonra ilk dəfə jurnalistlərin qarşısına çıxıb. Culian Assanj bildirdi ki, o, özünün və əməkdaşlarının ünvanına edilən təhdidlərə dözməyəcək, ancaq ABŞ Ədliyyə Nazirliyi ilə dialoqdan şad olacaq.

“Mən artıq yeddi ildir həbsxanada, ev həbsi altında qalıram. İttihamların təqdimatı olmadan saxlanılma və ekstradisiya Avropa İttifaqının fərqləndirici xüsusiyyəti oldu. Mədəni ölkələr özünü belə aparmır”, - o vurğulayıb.

Bu gün məlum olub ki, İsveç prokurorluğu Culian Assanjın işi üzrə yeddi ilə yaxın davam edən istintaqın dayandırılması barədə qərar çıxarıb və məhkəməyə onun həbsi üçün verilmiş orderin ləğv olunmasını tövsiyə edib. Lakin Britaniya polisi bildirib ki, Assanj Ekvadorun Londondakı səfirliyini tərk edərsə, həbs olunacaq. Britaniya polisi bunu Vestminsterin magistrat məhkəməsinin 2012-ci il iyunun 29-da məhkəməyə gəlmədiyinə görə Culian Assanjın həbsinə order verməsi ilə əsaslandırıb.

2010-cu ildə Stokholmda seksual xarakterli cinayət törətməkdə ittiham olunan Assanj həmin ilin dekabrında İsveç hüquq-mühafizə orqanlarının sorğusuna əsasən Londonda həbs edilmiş, lakin bir neçə gündən sonra girov müqabilində azadlığa buraxılmışdı. İsveçin onu ABŞ-a verəcəyindən ehtiyatlanan Culian Assanj 2012-ci ildə siyasi sığınacaq xahişi ilə Ekvadorun hakimiyyət orqanlarına müraciət etmişdi və beş ilə yaxındır ki, bu ölkənin Londondakı səfirliyində qalır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm