Almaniyada qatar relsdən çıxdı: xəsarət alanlar var
Bizi izləyin

Dünya

Almaniyada qatar relsdən çıxdı: xəsarət alanlar var

Yaralananların sayı barədə məlumat verilmir.

Almaniyanın şərqində regional qatar əlverişsiz hava şəraiti səbəbindən relsdən çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "Deutsche Bahn" konserninin nümayəndəsi xəbər verib.

O, bildirib ki, hadisə yerli vaxtla saat 19:29-da Tyurinqidə, Ştadtrod yaşayış məntəqəsində qeydə alınıb. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb.

Qəzaya sel səbəbindən dəmir yolunun qismən bağlanması səbəb olub. Qatar Qlauaxu şəhərindən Qettinqenə doğru hərəkət edirmiş.

Yaralananların sayı barədə məlumat verilmir. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm