Həsən Ruhani yenidən prezident seçildi - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Həsən Ruhani yenidən prezident seçildi - (YENİLƏNDİ)

21,6 milyon səs toplayıb.

İranda keçirilən prezident seçkilərində Həsən Ruhani qələbə qazanıb.

İlkin nəticəyə görə, indiyədək sayılmış bülletenlərə əsasən, hazırkı prezident Həsən Ruhani 22 milyon 796 min 468 səslə öndədir.

15 milyon 796 min 468 səslə qazanan İbrahim Rəisi ikinci yerdədir.

Digər namizədlər Mustafa Mirsəlim 455 min 211 səs, Mustafa Haşimitəba 210 min 597 səs toplaya bilib.

İranın Seçkilər Qərargahının sədri Əli Əsğər Əhmədi bildirib ki, seçkilərin nəticəsi məlumdur, lakin qanuna görə günorta saat 14.00-dək gözləmək lazımdır. Rəsmi nəticə saat 14.00-da elan olunacaq.

O deyib ki, səsvermədə seçici hüququ olanların 70 faizi iştirak edib.

İran prezidentinin birinci müavini İshaq Cahangiri əhalinin səsvermədə aktiv iştirakına və əksəriyyətin Həsən Ruhaniyə səs verməsinə görə xalqa təşəkkür edib. (apa)

***

İranda keçirilən prezident seçkilərində Həsən Ruhani liderlik edir.

Publika.az xəbər verir ki, 37 milyon bülletenin hesablanmasına əsasən hazırkı prezident 21,6 milyon səs toplayıb.

Səslərin sayına görə ikinci yerdə H.Ruhaninin ən yaxın izləyicisi İbrahim Rəisi qərarlaşıb. O, 14 milyon seçici səsi toplayıb.

Xatırladaq ki, İran prezidenti postu uğrunda dörd namizəd mübarizə aparır - hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm