"Latın qrafikasına keçiddə Türkiyənin nailiyyətlərindən bəhrələnəcəyik"
Bizi izləyin

Dünya

"Latın qrafikasına keçiddə Türkiyənin nailiyyətlərindən bəhrələnəcəyik"

Cənubi Qazaxıstan vilayətinin qubernatoru Canseyit Tuymebayev vilayətin sosial-iqtisadi vəziyyətinə dair mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, qubernator mətbuat konfransı zamanı ölkənin latın qrafikalı əlifbaya keçidi ilə bağlı sualları da cavablandırıb.

Onun sözlərinə görə, cənubi Qazaxıstan bu istiqamətdə Türkiyənin nailiyyətlərindən bəhrələnəcək: "Biz latın qrafikalı əlifbaya keçmirik, latın əlifbasına geri qayıdırıq. Türkiyə və Qazaxıstan o dövrdə latın qrafikalı əlifbadan istifadə edib. Lakin Sovet höküməti sonradan əlifbanı kiril qrafikasına keçirtdi."

Canseyit Tuymabayev onu da qeyd edib ki, 1928-ci ildən latın qrafikalı əlifbaya keçən Türkiyənin heç bir çətinlik çəkmədiyini gördük: "Türkiyənin latın qrafikalı əlifbanı uğurla istifadə etdiyini və heç bir çətinlik yaşamadığını bilirik. Düşünürəm ki, onları nümunə götürərək biz də heç bir çətinlik çəkmədən bu işi uğurla həll edəcəyik".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm