Dünya
Səudiyyə Ərəbistanından Trampa MESAJ - "Birlikdə qalib gələ bilərik!"
ABŞ prezidenti Donald Tramp ilk xarici səfərlərindən birini Səudiyyə Ərəbistanına edəcək.
Publika.az xəbər verir ki, səfər öncəsi ABŞ lideri Donald Trampın Səudiyyə Kralı Salman ilə fotoları Ər-riyad küçələrində afişalara asılıb. Şəkilin üzərində "Birlikdə qələbə qazanacağıq" ifadələri yazılıb.
Trampın səfər proqramı çərçivəsində İsrail, Səudiyyə Ərəbistanı və Vatikana səfər edəcəyi gözlənilir.
"Rusiya ilə münasibətlər, Lavrov ilə gizli iş birliyi haqqında iddialarla başı dərddə olan ABŞ prezidentini Yaxın Şərqdə də gərgin gündəm gözləyir. Mətbuatın diqqəti Trampın İsrail səfəri çərçivəsində Qüds məsələsinə dair açıqlamalarına və Ər-riyad ziyarətində müsəlman ölkələrə verəcəyi mesajlara köklənib.
Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın hakimiyyəti dövründə pozulan ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri yeni prezident Donald Trampın dövründə yenidən yaxşılaşmağa başalayır. Prezident seçildikdən sonra Səudiyyə Ərəbistanı ilə güclü əlaqələr quracağı mesajını verən Tramp, ilk xarici səfərini də məhz bu ölkəyə edəcək.
Könül Cəfərli
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək