Dünya
İyulda müharibə başlaya bilər: 100 gün vaxt verilib
Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla danışıqların gedişatında Şimali Koreyaya təzyiqin göstərilməsi üçün 100 gün möhlət istəyib.
Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “The Asahi Shimbun” nəşri yazıb.
Nəşrin məlumatına görə, ABŞ Koreya Xalq Demokratik Respublikası ilə bağlı siyasətin sərtləşdirilməsində təkid edirdi. Pekin Şimali Koreyaya təzyiq göstərməyəcəyi halda, Vaşinqton Pxenyanla bağlı olan Çin müəssisələri ilə əməkdaşlığı dayandıracağı barədə xəbərdarlıq edib. Hazırda Şimali Koreyanın xarici ticarətinin dövriyyəsinin 90 faizi Çinin payına düşür.
Bildirilir ki, Pekin Pxenyana təzyiq göstərilməsi üçün 100 gün möhlət verməyi xahiş edib.
Qeyd edək ki, Tramp Çin lideri ilə Vaşinqtonda aprelin 7-də görüşüb. Gözlənildiyi kimi, liderlər 100 günün nəticələrinin G7-nin (“Böyük yeddilik”) iyulda keçiriləcək sammitində müüzakirə edəcəklər.
Ötən həftə isə Koreya Xalq Demokratik Respublikası hakimiyyəti orta mənzilli ballistik raketin müvəffəqiyyətlə sınaqdan keçirildiyini elan edib. Vaşinqton daha əvvəl bəyan edib ki, Pxenyanın nüvə və raket proqramını dayandırmaq üçün hərbi müdaxilə də olmaqla, bütün variantlar masadadır.
Ömər Dağlı
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA