“İsraillə eyni fikirdəyik ki...” – Trampdan NÜVƏ XƏBƏRDARLIĞI
Bizi izləyin

Dünya

“İsraillə eyni fikirdəyik ki...” – Trampdan NÜVƏ XƏBƏRDARLIĞI

ABŞ və İsrail İranda nüvə silahının hazırlanmasının yolverilməzliyi barədə vahid mövqedədir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəıbər verir ki, bu haqda Amerika prezidenti Donald Tramp Qüdsdə İsrail prezidenti Reuven Rivlinlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail İrandan terrorçular və döyüşçülərə dəstəyini dayandırmağı birlikdə tələb edir.

“İsrail və ABŞ bir səslə bildirir ki, İranda heç vaxt nüvə silahının hazırlanmasına imkan vermək olmaz. Heç vaxt. İran terrorçular və döyüşçülərin maliyyələşməsi və təchizatını dərhal dayandırmalıdır”, - ABŞ prezidenti deyib.

“Çox müsəlman ölkələri daxil olmaqla dünya millətlərinin birmənalı razılığı var ki, İran ümumi təhdiddir. Bu, həqiqətən, təhdiddir. Buna bir şübhə yoxdur”, - Tramp bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm