Dünya
Putinin yeni varisi məlum oldu: 2018-ci il üçün İKİ SSENARİ
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Vladimir Putinin yerinə Rusiya prezidenti postuna ən ehtimal edilən namizəddir.
Publika.az xəbər verir ki, bunu Rusiya jurnalisti və televiziya aparıcısı Yevgeni Kiselyov bildirib.
Onun sözlərinə görə, hazırda Rusiyada 2018-ci il üçün hadisələrin inkişafının iki əsas versiyası irəliləyir.
“Birinci, varis olaraq ən çox Sergey Şoyqunun adını çəkirlər. Payızda hökumət başçısını dəyişdirirlər, Şoyqu və ya başqa varis baş nazir olur. İkincisi, Putin seçkilərə gedir və qalib gəlir. Daha sonra isə ağır yük onu bezdirir. Lakin bu, 2018-ci ildə deyil, daha sonra baş verir”, - jurnalist bildirib.
Onun sözlərinə görə, Vladimir Putin özü üçün “millətin atası” kim xüsusi post təşkil edir.
Aparıcı həmçinin etiraf edib ki, Rusiyada vəziyyətə dair hansısa proqnozları vermək çətindir.
“Putin dövrünün Rusiya siyasətinin fərqləndirici xüsusiyyəti prinsipial tutqunluqdur. Kreml “qara qutu”dur”, - Kiselyov yekunlaşdırıb.
Ömər Dağlı
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək