“Çevriliş cəhdi ilə...” - Qiyamın əsas şübhəlisindən İLK İFADƏ
Bizi izləyin

Dünya

“Çevriliş cəhdi ilə...” - Qiyamın əsas şübhəlisindən İLK İFADƏ

Mən bu rütbə ilə və bu yaşa gəlmiş bir insan olaraq silah yoldaşlarıma silah tuşlayacaq insan deyiləm”.

Fəthullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul dövlət çevrilişinə cəhdində şübhəli bilinən 221 şəxs barəsində məhkəmə prosesi başlanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, çevriliş cəhdində bir nömrəli şübhəli olan Akın Öztürk ittihamları qəbul etməyib.

Məhkəmədə ilk ifadəsi alınan Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı hərbi çevriliş cəhdi ilə əlaqəsinin olmadığını deyib.

“Bayraq, vətən və ölkəm üçün lazım gələrsə, canımı verərəm. Bunun üçün içdiyim anda hələ də sadiqəm. Belə bir xainlik ittihamı ilə mühakimə olunmağım mənə verilən ən böyük cəzadır. Qırx altı ilimi orduya sərf edən bir insanam. Bu xain çevriliş cəhdi ilə əlaqəm, hətta xəbərim belə yoxdur. Mən bu rütbə ilə və bu yaşa gəlmiş bir insan olaraq silah yoldaşlarıma silah tuşlayacaq insan deyiləm”, - o bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm