9 yaşına qədər 90 əməliyyat keçirdi - - FOTOLAR
Bizi izləyin

Dünya

9 yaşına qədər 90 əməliyyat keçirdi - - FOTOLAR

3 yaşında hamamda tapdığı təmizlik maddəsini içib.

Türkiyənin Bursa bölgəsində yaşayan ailədə faciə yaşanıb.

Publika.az xəbər verir ki, 6 il əvvəl 3 yaşında olan Yaman hamamda tapdığı təmizlik maddəsini içib. Zəhərlənmə nəticəsində 1 il ərzində 40 əməliyyat keçirən Yaman sağlamlığına qovuşa bilmir.

6 il davam edən müalicə prosesində uşaq Türkiyədə 50, ABŞ-da isə 40 əməliyyat keçirib. Hazırda 9 yaşında olan Yaman xüsusi cihaz vasitəsilə qidalanır.

Həkimlər uşağın əvvəlki sağlamlığına qovuşması üçün əlindən gələni etsə də, nəticə ala bilmirlər.

9 yaşlı Yaman Kayranın müalicəsi hələ davam edir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm