Trampın unutqanlığı - Netanyahunun əli göydə qaldı - - VİDEO
Bizi izləyin

Dünya

Trampın unutqanlığı - Netanyahunun əli göydə qaldı - - VİDEO

Rəsmi mərasim xoşagəlməz hadisə ilə yadda qalıb.

ABŞ prezidenti Donald Tramp İsrailə rəsmi səfəri zamanı bu ölkənin baş naziri Binyamin Netanyahu ilə görüşüb.

"Report" xəbər verir ki, rəsmi mərasim xoşagəlməz hadisə ilə yadda qalıb: Amerika lideri protokol foto üçün baş nazirin əlini sıxmağı unudub.

Netanyahu əlini uzadaraq bir neçə saniyə gözləməli olub, lakin Tramp üz çevirərək kameralar qarşısından uzaqlaşıb. Daha sonra geri qayıdan ABŞ prezidenti baş nazirin əlini möhkəm sıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm