Mançesterdə iki ardıcıl partlayış - 20 ölü (YENİLƏNDİ) - - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Mançesterdə iki ardıcıl partlayış - 20 ölü (YENİLƏNDİ) - - FOTO/VİDEO

İngiltərənin Mançester şəhərində stadionda ardıcıl iki partlayış baş verib.

Mayın 22-si axşam saatlarında "Mançester Arena"da keçirilən konsert zamanı partlayış baş verib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində azı 20 nəfərin öldüyü bildirilir.

***

İngiltərənin Mançester şəhərində stadionda ardıcıl iki partlayış baş verib.

Publika.az vesti.ru-ya istinadən xəbər verir ki, insident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb.

Partlayışlardan sonra stadionda təşviş yaranıb, insanlar stadionu tərk etməyə cəhd ediblər.

Partlayış nəticəsində ölən və yaralananlar var. Hazırda polis insidentin detallarını araşdırır.

Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik “Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm