Dünya
Arvadı üçün məxfi peyk məlumatlarını Rusiyaya satmaq istədi
Dövlət əhəmiyyətli məxfi informasiya ticarəti cəhdində ittiham edilən ABŞ-ın Kaliforniya ştatının sakini Qreqori Allen Castis günahını etiraf edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Ədliyyə Nazirliyi bildirib.
İstintaqın məlumatına görə, 49 yaşlı Castis 2000-ci ildən ABŞ Müdafiə Nazirliyində mühəndis işləyirdi. O, keçən il məxfi peyk informasiyanı oğurlayaraq Rusiya kəşfiyyatının adamı hesab etdiyi şəxsə satmaq istəyirdi. Əslində o, bu ad altında gizlənən ABŞ Federal Təhqiqatlar Bürosunun (FTX) agenti idi.
Qeyd edilir ki, Castis ABŞ-ın hərbi və ticarət peyklərində qurulmuş proqram təminatı haqqında məlumatlara aid olan məxfi informasiyanı tapıb.
Castis 2016-cı ilin fevral-iyul aylarında FTB-ın agenti ilə əlaqədə olub və məxfi şəkillər üçün minlərlə dollar istəyirdir. Bundan başqa, o agentə hərbi təyinatlı kosmik aparatların istehsal edildiyi müəssisəyə “ekskursiya ilə” baş çəkməyi təklif edirdi.
2016-cı ilin iyulunda Castis saxlanılıb. Məhkəmə iclasında o öz günahını tamamilə etiraf edib və hərəkətini onunla əsaslandırıb ki, xəstə arvadının müalicəsi üçün pul əldə etmək istəyirdi. İndi onu 35 ilə qədər həbs cəzası gözləyir. Məhkəmə hökmü sentyabrın 18-də elan edilməlidir.
Ömər
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR