Rus ordusu hərbi texnikasız qala bilər
Bizi izləyin

Dünya

Rus ordusu hərbi texnikasız qala bilər

Rusiyanı ordusu hərbi texnikasız qala bilər

Rusiya Federasiyasına qarşı sanksiyalar Ukrayna hərbi sənayesinə təsir edə bilər.

Publika.az – ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Hərbi-texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Aleksandr Fomin deyib.

Onun sözlərinə görə, müqavilə öhdəliklərinin icrası Ukrayna hərbi-sənaye müəssisələri üçün həyatı əhəmiyyət daşıyır. A.Fomin vurğulayıb ki, Rusiya tərəfi ilə hərbi əməkdaşlıqdan imtina sözügedən müəssisələrin bağlanmasını qaçılmaz edəcək.

O, həmçinin mümkün sanksiyaların Rusiyanın silahlanma və hərbi texnika istehsalına mənfi təsir edə biləcəyi deyib. “Sanksiyaların tətbiqi helikopter, hərbi dəniz texnikaları, həmçinin aviasiya vasitələrinin ayrı-ayrı növlərinin istehsalına təsir edə bilər”, - o, deyib.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna baş nazirinin birinci müavini Vitali Yarema rəsmi Kiyevin Rusiya ilə hərbi əməkdaşlığı dayandırmağı planlaşdırdığını bildirib.

"Rusiya üçün sonradan bizə qarşı yönəldiləcək məhsul buraxmaq tam ağılsızlıqdır və Rusiya ilə hərbi əməkdaşlığı dayandırmaq haqqında qərar artıq baş nazir tərəfindən qəbul edilib. Ukrayna ənənəvi olaraq Rusiya hərbi sənaye kompleksi sahəsində çox fəal əməkdaşlıq edir və Ukrayna ərazisində Rusiyaya ixrac olunan hərbi məhsullar hazırlayan çoxlu müəssisələr fəaliyyət göstərir. Rusiya ilə belə əməkdaşlığın qəfildən dayandırılması Ukrayna iqtisadiyyatı üçün ciddi itkilərə yol açacaq. Buna görə də bu gün ölkənin hərbi sənaye kompleksinin məhsulları üçün digər satış bazarlarının axtarışı istiqamətində ciddi iş aparılır. O cümlədən hökumət məhsul ixracını Şərq bazarlarına yönəltmək niyyətindədir”, - baş nazirinin müavini vurğulamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm