"Oksford"un xanım tələbəsi "Kembric"in tələbəsini bıçaqladı: Hakim sərbəst buraxdı - - FOTOLAR
Bizi izləyin

Dünya

"Oksford"un xanım tələbəsi "Kembric"in tələbəsini bıçaqladı: Hakim sərbəst buraxdı - - FOTOLAR

Böyük Britaniyada sevgilisini bıçaqlayan qızın məhkəmə prosesi başa çatıb

Publika.az xəbər verir ki, Britaniyanın məşhur Oksford Universitetinin tələbəsi 24 yaşlı Lavinia Vudvord ötən günlərdə sevgilisi Tomas Fairklou bıçaqlayıb. Hadisəni içkili halda törətdiyini və heç nə xatırlamadığını deyən Lavina məhkəmə tərəfindən sərbəst buraxılıb.

"Oksford" tələbəsi olan Lavina sosial şəbəkələrdən birində Kembric Universitetinin məzunu olan Tomas ilə tanış olub.

Universitetdə LGBT üzvlərinə dəstək olmaq üçün təşkil olunan tədbirdə çəkdirdiyi açıq-saçıq şəkilləri yayılan qızın narkotik istifadəçisi olduğu məlum olub.

Məhkəmədə qəsdən xəsarət yetirmədə ittiham olunan Lavina günahını boynuna alıb. Lakin hakim İan Prinq narkotik istifadəçisi olan qızın gələcəyin cərrahı olduğunu irəli sürərək kariyerasının məhv olmaması üçün ona hökm oxumadığını bildirib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm