Türkiyəyə satılmayan silahlar terror təşkilatına verildi: ABŞ-dan XAİN ADDIM - VİDEO
Bizi izləyin

Dünya

Türkiyəyə satılmayan silahlar terror təşkilatına verildi: ABŞ-dan XAİN ADDIM - VİDEO

ABŞ PYD-yə 100 TIR silah çatdırıb.

ABŞ PYD-yə (PKK terror təşkilatının Suriya qolu –red.) 100 TIR silah çatdırıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, silahlar iki partiya olmaqla, 15 və 20 may tarixlərində çatdırılıb.

Silahların çatdırılması ABŞ prezidenti Donald Trampın PYD-nin silahlandırılması ilə bağlı fərmanından 6 gün sonra başlanıb.

PYD-yə verilən silahlar 80 və 120 millimetr kalibrli minaatanlar, FGM-148 Javelin və BGM-71 TOW tank əleyhinə raketləri, M4 Cabrine və MI6 snayperləri, “Cougar” və Humwee” tipli zirehli avtomobillər və kiçik pilotsuz uçuş aparatları var. Bunlardan FGM-148 Javelini Türkiyə istəsə də ABŞ satmaqdan imtina etmişdi.

“Anadolu” agentliyinin yazdığına görə, ABŞ-ın PYD-yə silah çatdırması NATO nizamnaməsinin pozulmasıdır. Nizamnaməyə görə, ittifaqın üzvləri bir-birinin təhlükəsizliyini gücləndirmə məsuliyyəti daşıyır. İndiki halda isə PYD NATO üzvü olan ABŞ-ın silahları ilə bir başqa NATO üzvü olan Türkiyəni vura bilər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm