Kəşfiyyat şefi: “Rusiyadan 2017-ci ildə ən böyük...”
Bizi izləyin

Dünya

Kəşfiyyat şefi: “Rusiyadan 2017-ci ildə ən böyük...”

Rusiyanın strategiyası davam edir.

ABŞ Milli kəşfiyyatının direktoru Daniyel Kouts Rusiyanı Birləşmiş Ştatlar və Avropada seçki proseslərinə müdaxilədə ittiham edib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Kouts bu haqda Senatda dinləmələrdə bildirib.

“Təsir strategiyası üzrə Rusiya kampaniyası demokratik institutların dağıdılması və seçkilərə müdaxilədən ibarətdir. Biz bunu Fransada aydın şəkildə gördük, Almaniya və Böyük Britaniyada görürük. ABŞ-da keçirilən seçkilərdə gördük”, - o qeyd edib.

Milli kəşfiyyatın direktorunun sözlərinə görə, o, Rusiyadan 2017-ci ildə beynəlxalq münasibətlərdə ən böyük təcavüzkarlığı gözləyir.

“Rusiyanın strategiyası davam edir”, - Kouts vurğulayıb.

Daha əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo əminliyini ifadə edib ki, Rusiyanın ABŞ-da seçki proseslərinə müdaxiləsi davam edəcək.

Amma xarici dövlətlərin seçkiqabağı kampaniyasına müdaxilə cəhdləri barədə ittihamlar Rusiyanın rəsmi şəxsləri tərəfindən dəfələrlə təkzib edilib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm