Partlayış zamanı Qvardiolanın ailə üzvləri də “Mançester Arena”da idi
Bizi izləyin

Dünya

Partlayış zamanı Qvardiolanın ailə üzvləri də “Mançester Arena”da idi

Qvardiolanın ailə üzvləri xəsarət almayıblar.

İngiltərədə amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayış zamanı “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiolanın həyat yoldaşı və 2 qızı da “Mançester Arena”da olublar.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo Deportivo” nəşri məlumat yayıb.

Bildirilir ki, Qvardiolanın ailə üzvləri xəsarət almayıblar.

Bundan öncə isə mütəxəssisin özü 22 nəfərin öldüyü partlayışdan sonra şokda olduğunu açıqlamışdı. (apasport.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm