Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçildi
Bizi izləyin

Dünya

Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçildi

Bu barədə rəsmi olaraq plenar iclasda elan olunub.

Efiopiyanın sabiq səhiyyə naziri Tedros Adanom Qebreisus Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yeni baş direktor seçilib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu qərar Cenevrədə keçirilən 70-ci Ümumdünya Səhiyyə Assambleyasının iclasında qəbul olunub.

Bu barədə rəsmi olaraq plenar iclasda elan olunub.

Bildirilir ki, 51 yaşlı Tedros Adanom Qebreisus Eritreyanın paytaxtında və Londonda təhsil alıb, "İctimai səhiyyə" ixtisası üzrə elmlər doktoru dərəcəsinə yiyələnib. O, 2005-2012-ci illərdə Efiopiyanın Səhiyyə Nazirliyinə rəhbərlik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm