Alman polkovnikdən QİYAM ÇAĞIRIŞI
Bizi izləyin

Dünya

Alman polkovnikdən QİYAM ÇAĞIRIŞI

Almaniya ordusunun hələlik adı açıqlanmayan polkovnik rütbəli hərbiçisi müdafiə naziri Ursula Von der Leyeni vəzifəsindən qiyam yolu ilə devirməyə çağırıb.

Publika.az “Bild” qəzetinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Zentrum für Geoinformationswesen der Bundeswehr” mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, adı açıqlanmayan polkovnik Almaniyanın xanım müdafiə naziri Ursula Von der Leyeni ordunu idarə edə bilməməkdə təqsirli sayıb.

Alman polkovnik deyib ki, müdafiə naziri işini görə bilmir:

“Üstəlik də tutduğu vəzifədən getmək istəmir. Əgər getmək istəmirsə, o zaman güc yolu ilə onu devirmək lazımdır. Çünki hazırda Almaniya ordusunda ciddi idarəetmə problemi mövcuddur. Mən bir-iki səriştəsiz adama görə 200 min nəfər hərbiçinin taleyindən narahatam, buna görə üsyan edirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm