Ərdoğanın qatılacağı mərasim bombalanmalı idi: Beştəpə necə xəbər tutdu? - ŞOK DETALLAR
Bizi izləyin

Dünya

Ərdoğanın qatılacağı mərasim bombalanmalı idi: Beştəpə necə xəbər tutdu? - ŞOK DETALLAR

Ankara Respublika Prokurorluğunun 15 iyul dövlət çevrilişinə cəhdlə əlaqədar Quru Aviasiya Məktəbi Komandanlığı haqqnda hazırladığı ittiham aktında maraqlı detallar yer alıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ittiham aktının 74-ci sırasında yer alan general-mayor İdris Feyz Okanın mövqeyi digər şübhəlilərdən fərqlidir.

2014-2016-cı illərdə Quru Aviasiya Məktəbi Komandanlığında 1-ci Hava Alay Komandiri kimi xidmət edən Okanın çevriliş cəhdi ilə əlaqəsinin olmadığı bildirilmiş və Quru Aviasiya Məktəbi Komandanlığının rəhbərliyinə gətirilmişdi. Çevriliş cəhdi ilə əlaqədar araşdırma isə davam edirdi.

Prokurorluq istintaq zamanı çox ciddi bir kəşfiyyat məlumatı əldə edib. Məlumata görə, Türkiyənin TAİ şirkəti tərəfindən istehsal edilən ATAK helikopterlərinin 2016-cı ilin dekabrında Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi mərasimi keçirilməli idi. Mərasimin Quru Aviasiya Məktəbində keçirilməsi planlaşdırılmışdı.

Prezident Ərdoğanın mərasimə qatılıb-qatılmayacağını araşdıran prokurorluq Prezidentin Mühafizə Xidməti ilə təmasa keçdi. Ərdoğan mərasimə qatılacaqdı.

Prezidentin digər dövlət rəsmiləri ilə qatılacağı rəsmi mərasim proqramda çərşənbə axşamı göstərilmişdi. Helikopterlər isəTürkiyə Silahlı Qüvvələrinə rəsmi mərasimdən iki gün sonra təhvil verilməli idi.

Ancaq edilən son dəyişikliklə helikopterlərin təhvil verilməsi mərasimi iki gün əvvələ, yəni Ərdoğanın qatılacağı mərasimə çəkilib.

Kağız üzərində normal görünən vəziyyət əslində belə idi: ATAK-lar “sursatla yüklənmiş şəkildə” havaya qalxır və Ankara səmalarında uçuş zamanı “sınaq atışları” həyata keçirirdilər. Helikopterlərin Ərdoğanın iştirak edəcəyi mərasim günü, sursatla havaya qalxmasının nəzərdə tutulması prokurorluğun diqqətini çəkib.

Prokurorluq əldə edilən kəşfiyyat məlumatlarını prezidentlə paylaşıb. 15 iyuldan 5 ay sonra yeni bir çevriliş cəhdi ehtimalı ilə əlaqədar Beştəpə xəbərdar edilib. Prezident mərasimə qatılmayıb.

Bundan sonra İdris Feyz Okan ilə bağlı araşdırmalar başlanıb və onunla bağlı əhəmiyyətli dəlillər toplanılıb.

Nəhayət, FETÖ-nun qurulmasında və dövlət çevrilişi cəhddə ittiham olunaraq saxlanılıb. Okan Ankara 2-ci Sülh Cəza Məhkəməsinin qərarı ilə yanvarın 20-də həbs olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm