6 uşaq anası Feysbukda tanış olduğu kişi ilə qaçdı
Bizi izləyin

Dünya

6 uşaq anası Feysbukda tanış olduğu kişi ilə qaçdı

43 yaşındakı ananın qaçdığı kişidən yeddinci uşağa hamilə olduğu məlum olub.

İngiltərədə 6 uşaq anası Feysbukda tanış olduğu kişi ilə intim münasibətdə olmaq üçün ağıllara durğunluq verən yola əl atıb. Qadın ən böyüyü 14, ən kiçiyi 3 yaşındakı uşaqlarını ataraq Avstraliyaya qaçıb.

43 yaşındakı ananın qaçdığı kişidən yeddinci uşağa hamilə olduğu məlum olub.

Uşaqların evdə tək qaldığı isə nənələrinə ac olduqlarını söyləmələri ilə ortaya çıxıb. Nənə polisə xəbər verib və polislər evdə qalan uşaqları sorğu-saul ediblər.

Avstraliyada 6 həftə qalmağı planlaşdıran qadın, polisin "geri dön" çağırışını rədd edib.

Ölkəsinə qayıtdıqdan sonra məhkəməyə çıxarılan qadın 6 aylıq həbs cəzasına məhkum edilib.(metbuat.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm