Kramatorskda terrorçulara qarşı əməliyyatın final mərhələsi başlayıb
Bizi izləyin

Dünya

Kramatorskda terrorçulara qarşı əməliyyatın final mərhələsi başlayıb

Kramatorskda terrorçulara qarşı əməliyyatın final mərhələsi başlayıb

Ukrayna terrorçuluğa qarşı mübarizə qüvvələri Kramatorsk şəhərinin yaxınlığında əməliyyatın final mərhələsinə başlayıb.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “İnformasiya müqaviməti” qrupunun koordinatoru, hərbi ekspert Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

O, bildirib ki, əməliyyat hazırda Kramatorsk şəhərinin 30 kilometrliyində yerləşən Starovarvarovka yaşayış məntəqəsi ətrafında gedir.

“Terrorçu qruplaşmanın olduğu yaşayış məntəqəsi hazırda Ukrayna terrorçuluğa qarşı mübarizə qüvvələri tərəfindən mühasirəyə alınıb. Terrorçular yerli sakinlərin olduğu yaşayış evlərində müdafiə olunurlar. Bir neçə terrorçu məhv edilib. Məhv edilən terrorçuların sayı barədə dəqiq informasiya yoxdur”, - Tımçuk qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm